Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər xarici medianın diqqətini cəlb etməkdə davam edir.
Xeber Yerinde Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər xarici medianın diqqətini cəlb etməkdə davam edir. Yerinde Azertac-a istinadən xəbər verir ki, bir sıra Avropa ölkələrinin media qurumları Azərbaycanın elektrik enerjisi ixracını artırmaq və Avropa bazarına çıxış imkanlarını genişləndirmək planlarına xüsusi yer ayırıb.
Çexiyanın “ČT24”, Bolqarıstanın “Banker” və “3E-News”, Bosniya və Herseqovinanın Serb Respublikasının Xəbər Agentliyi (SRNA), “Provjereno.info”, Ukraynanın “Fixygen.ua” və “Open4Business”, Yunanıstanın “ERT News” və “Oikonomikos Tachydromos” nəşrlərinin materiallarında Azərbaycanın enerji ixracında yeni istiqamətlərə yönəldiyi vurğulanıb.
Xəbərlərdə Azərbaycanın hazırda elektrik enerjisini Gürcüstan və Türkiyə üzərindən ixrac etdiyi, gələcəkdə isə yeni ötürücü xətlər və sualtı kabel layihələri vasitəsilə Avropa bazarına çıxış imkanlarını artırmağı planlaşdırdığı qeyd olunub.
Xarici media Prezident İlham Əliyevin Ermənistan istiqamətində enerji əməkdaşlığı ilə bağlı açıqlamalarına da geniş yer verib. Səudiyyə Ərəbistanının “Arab News” nəşri, “Ahval.sa”, Bolqarıstanın BTA agentliyi, “Novini247.bg”, “Fakti.bg”, Fransanın “Boursorama.com” portalı, BƏƏ-nin “Nabd” platforması, eləcə də Rusiyanın bir sıra media qurumları Azərbaycandan Ermənistana elektrik enerjisi ixracı və Ermənistan ərazisindən Naxçıvana elektrik xəttinin çəkilməsi məsələsini işıqlandırıb.
Məqalələrdə Naxçıvana Ermənistan üzərindən elektrik xəttinin çəkilməsi layihəsinin hazır olduğu barədə dövlət başçısının açıqlaması ön plana çıxarılıb. Həmçinin bu xəttin gələcəkdə Ermənistanın enerji sisteminin sabitliyinə töhfə verə biləcəyi və ölkənin elektrik enerjisi ilə təminatında rol oynaya biləcəyi fikirləri diqqətə çatdırılıb.
İran mediasında isə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və İran ərazisindən Naxçıvana dəmir yolu bağlantısının yaradılması ilə bağlı fikirləri əsas mövzulardan biri olub. “Təsnim”, “Mashregh News” və “Akharin Khabar” nəşrləri bu nəqliyyat layihələrinin Azərbaycanın prioritetləri sırasında olduğunu vurğulayıb.
Rusiyanın “Ritm Eurasia” nəşri isə Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilməsi perspektivinə diqqət çəkib.
Gürcüstan mediası da Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirləri geniş işıqlandırıb. “Interpress News” və “News Hub” portalları Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə bağlı açıqlamalara xüsusi yer ayırıb.
Gürcüstan nəşrlərində Azərbaycan Prezidentinin Metsamor AES-in köhnəldiyi və region üçün ekoloji və təhlükəsizlik baxımından risk yaratdığı barədə fikirləri dərc olunub.
“1TV.ge”, “Resonance Daily”, “Prime Time”, “Bizzone.info” və “Sputnik Georgia” kimi media qurumları isə Azərbaycanın Avropaya elektrik enerjisi ixracında Gürcüstan və Türkiyə üzərindən mövcud marşrutların əhəmiyyətini, eləcə də regiondakı enerji və nəqliyyat layihələrini diqqətə çatdırıb.
“JAM News” Prezident İlham Əliyevin Naxçıvana səfəri və müsahibəsi ilə bağlı daha geniş icmal yayımlayıb. Materialda Naxçıvanda sənaye parkının yaradılması, günəş və istilik elektrik stansiyalarının qurulması, bölgənin enerji potensialı, Zəngəzur dəhlizi və nəqliyyat infrastrukturu ilə yanaşı, Naxçıvanın gələcəkdə regional enerji və nəqliyyat mərkəzinə çevrilməsi imkanlarından bəhs edilib.
Rusiya mediasında da müsahibədən irəli gələn mövzular geniş əks olunub. “Interfax”, “Kommersant”, “RIA Novosti”, “The Moscow Times”, “News.ru”, “RusCable” və “Vestnik Kavkaza” Azərbaycanın elektrik enerjisi ixracını genişləndirmək planlarını, Azərbaycan-Naxçıvan enerji bağlantısını və regional nəqliyyat layihələrini diqqətdə saxlayıb.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində verdiyi müsahibədə enerji ixracı, Naxçıvanın nəqliyyat və enerji imkanlarının artırılması, Zəngəzur dəhlizi və regional əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media resurslarında geniş müzakirə olunmaqdadır.






