Bredli Kuper və Gigi Hadidin nişan üzüklərinin qiyməti məlum oldu
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Hollivud aktyoru Bredli Kuper və supermodel Gigi Hadidin nişan üzüklərinin qiyməti açıqlanıb.
Məlumata görə, cütlük Fransanın Boucheron zərgərlik brendinə məxsus üzüklərə üstünlük verib.
Gigi Hadidin taxdığı sarı qızıldan hazırlanmış və brilyantlarla bəzədilmiş Quatre Radiant Edition modelinin qiyməti 6 450 dollar (təxminən 10 965 manat) təşkil edir.
Bredli Kuper isə çəhrayı qızıldan hazırlanan Godron modelini seçib. Bu üzüyün qiymətinin 2 120 dollar (təxminən 3 605 manat) olduğu bildirilir.
Beləliklə, cütlüyün nişan üzüklərinin ümumi dəyəri 8 570 dollar (təxminən 14 570 manat) təşkil edir.

