Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edildid

Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edildid

Moskvanın Presnenski Rayon Məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi hökm çıxarıb.

Rusiya KİV-inin yaydığı məlumata görə, o, çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarına əsasən, Hüseyn Həsənov 1 milyon rubl cərimələnib, həmçinin iki il müddətində internetdə hər hansı məzmun paylaşması qadağan edilib.

Bundan başqa, bloqerə məxsus, dəyəri 46 milyon rubl olan “Moskva-Siti” yaşayış kompleksindəki mənzil də dövlət nəfinə müsadirə olunub.

İstintaq materiallarına əsasən, Hüseyn Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə 170 milyon rubldan artıq vergi ödəməkdən yayınıb. Bu faktla bağlı araşdırma davam etdirilir.

Mənbə:oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir