Buzovnada 3 nəfər dənizdə batdı: 10 yaşlı uşağın meyiti tapıldı

Buzovnada 3 nəfər dənizdə batdı: 10 yaşlı uşağın meyiti tapıldı

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə bədbəxt hadisə baş verib.

Xeberyerinde Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə ən yaxın sularda xilasetmə məntəqəsindən 1,3 kilometr aralıda yerləşən nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Aparılan xilasetmə əməliyyatı zamanı 2009-cu il təvəllüdlü Aysel Həmidova xilas edilərək ona ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.

2014-cü il təvəllüdlü Əli Həmidovun meyiti isə sahildə aşkar edilib.

Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Ruslan Həmidovun axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir