Bakı şəhərinin Xəzər rayonunda dənizdə meyit aşkarlanıb.
“Xeber yerinde” xəbər verir ki, hadisə Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.
Meyitin aşkarlanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.
Axtarışlar nəticəsində 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

