Cəlilabadda avtomobil qəfil alışdı

Cəlilabadda avtomobil qəfil alışdı

Cəlilabad rayonunda minik avtomobili yanaraq tamamilə yararsız vəziyyətə düşüb.

“Xəbər Yerində” “Report”a istinadən xəbər verir ki, hadisə Gülməmmədli kəndində qeydə alınıb.

Kənd sakini Mehman Nəsirova məxsus VAZ-2105 markalı avtomobil hərəkət zamanı qəfil yanmağa başlayıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülsə də, avtomobili xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir