Cəlilabad rayonunun Qarğılı kəndində fərdi yaşayış evində yanğın baş verib.
“Xəbər Yerində” xəbər verir ki, hadisə kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb.
Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Alovun gec aşkar edilməsi söndürmə işlərini çətinləşdirib.
Yanğının qarşısının alınması istiqamətində görülən tədbirlərə baxmayaraq, ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisənin səbəbləri və dəymiş ziyanın həcmi ilə bağlı araşdırma aparılır.

