Çexiya Prezidenti Formula 1 yarışında fotoqraf kimi görüntüləndi

Çexiya Prezidenti Formula 1 yarışında fotoqraf kimi görüntüləndi

Macarıstan Qran-Prisində yüzlərlə fotoqraf arasında yer alan şəxsin Çexiya Prezidenti Petr Pavel olduğu məlum olub.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı dövlət başçısı yarış həftəsonunda rəsmi fotoqraf akkreditasiyası ilə əvvəlcə seçmə mərhələlərini, daha sonra isə əsas yarışı trasın kənarından izləyərək fotoşəkillər çəkib.

Təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə fotoaparatla hərəkət edən Pavel sosial şəbəkələrdə böyük marağa səbəb olub. O, yarış zamanı çexiyalı fotoqraf Jiri Kreneklə birlikdə çalışıb və FIA prezidenti Məhəmməd Ben Sulayemlə söhbət edərkən də kameralara tuş gəlib.

Petr Pavelin çəkiliş zamanı görüntüləri Formula 1-in rəsmi sosial media hesabında da paylaşılıb.

Qeyd edək ki, fotoqrafiya Çexiya Prezidentinin uzun illərdir məşğul olduğu hobbilərdən biridir. O, daha əvvəl də “Le Mans 24 Saat”, “MotoGP”, NASCAR və “Dakar Rallisi” kimi yarışlarda fotoqraf kimi iştirak edib. Pavelin çəkdiyi fotolar Milli Texniki Muzeydə sərgilənib, fotoalbomlarından biri isə xeyriyyə hərracında təxminən 50 min dollara satılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir