Ceyranbatanda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi-VIDEO

Ceyranbatanda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi-VIDEO

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində binanın elektrik şaxtasında və sayğaclarda baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik məqsədilə bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir