Tramp: Türkiyə böyük müttəfiqimizdir, Ərdoğan isə dostumdur

Tramp: Türkiyə böyük müttəfiqimizdir, Ərdoğan isə dostumdur

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Miçiqan ştatına uçarkən təyyarədə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Heç kim ona hansı ölkəyə silah satıb-satmamalı olduqlarını deyə bilməz

“Türkiyə mənim üçün möhtəşəm müttəfiq olub. Prezident Rəcəb Tayyib Ərdoğan mənim dostumdur. Heç kim mənə kiminə nə satmalı olduğumuzu deyə bilməz. Türkiyə bizim böyük müttəfiqimizdir”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp Türkiyə ilə İsrail arasında problemlərin mövcud olduğunu qeyd etsə də, Ankaraya səfərinin çox uğurlu keçdiyini bildirib. O, Türkiyənin güclü orduya və müasir hərbi texnikaya sahib olduğunu da əlavə edib.

ABŞ Prezidenti İranla bağlı da danışaraq, Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmasının “yaxşı ehtimal” olduğunu söyləyib. Bununla yanaşı, danışıqlar nəticəsiz qalacağı təqdirdə ABŞ-ın hərbi əməliyyatlara yenidən başlaya biləcəyini istisna etməyib.

“Onlar danışmaq istəyirlər, biz də danışıqlar aparırıq. Razılaşma əldə etmək şansımız var. Əgər əvvəlki addımlarımız olmasaydı, indi bizimlə danışmazdılar”, – deyə Tramp bildirib.

Xeberyerinde Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tramp həmçinin ABŞ-ın İranla müharibə zamanı silah və sursat çatışmazlığı yaşadığı barədə xəbərləri təkzib edib. Trampın sözlərinə görə, ölkənin kifayət qədər raket və digər sursat ehtiyatı var.

ABŞ lideri silah ehtiyatlarının azalmasına görə keçmiş prezident Co Baydeni tənqid edərək bildirib ki, Ukraynaya həddindən artıq silah göndərilməsi səbəbindən ehtiyatların bərpası üzərində işləyirlər.

Sonda Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə İran məsələsində ümumilikdə eyni mövqedən çıxış etdiklərini, yalnız bəzi kiçik fikir ayrılıqlarının olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir