Novxanı-Pirşağı avtomobil yolunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Məlumata görə, “Chevrolet” və “Volkswagen Polo” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

