Corat çimərliyində faciə: 25 yaşlı gəncin meyiti dənizdən çıxarıldı

Corat çimərliyində faciə: 25 yaşlı gəncin meyiti dənizdən çıxarıldı

Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində, nəzarətsiz çimərlik sahəsində bir nəfər dənizdə boğularaq həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1,5 kilometr aralıda baş verib. Məlumat daxil olan kimi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.

Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseynlinin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir