Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə iki yeniyetmənin batması ilə bağlı məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, nəzarətsiz çimərlik ərazisində baş verib.
Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğluxilas edilib.
Hazırda 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

