Dərslər başladı, küçədə təmirə start verildi – Dövlət qurumlarına SUAL

Dərslər başladı, küçədə təmirə start verildi – Dövlət qurumlarına SUAL

Xəbər Yerində Baku Tv-ə istinadən xəbər verir ki, Bakının Ceyhun Hacıbəyli küçəsində aparılan təmir işləri ilə bağlı vaxt seçimi suallar yaradıb.

Hazırda küçədə təmir-bərpa işləri həyata keçirilir. Lakin diqqətçəkən məqam işlərin məhz yeni tədris ilinin başladığı dövrə təsadüf etməsidir.

Məktəblərdə və universitetlərdə dərslərin başlaması ilə paytaxt yollarında nəqliyyat və piyada hərəkətinin intensivliyi də artıb. Belə bir vaxtda küçədə təmir işlərinin aparılması sürücülərin və ərazidən istifadə edən vətəndaşların hərəkətinə əlavə çətinlik yarada bilər.

Jurnalist məsələ ilə bağlı sual qoyur: təmir işlərinin insanların böyük hissəsinin məzuniyyətdə olduğu, məktəb və universitetlərdə isə dərslərin keçirilmədiyi yay aylarında aparılması daha məqsədəuyğun olmazdımı?

Yay tətili müddətində küçələrdə nəqliyyat və piyada axınının nisbətən az olması səbəbindən bu cür işlərin həmin dövrdə görülməsi hərəkətə mümkün təsirləri azaltmış ola bilərdi.

Hazırkı vəziyyətlə bağlı məsələni araşdıran jurnalist aidiyyəti dövlət qurumlarına müraciət edərək təmir işlərinin niyə məhz bu dövrdə başladığını, işlərin əvvəlcədən planlaşdırılıb-planlaşdırılmadığını və vaxt seçiminin hansı səbəblərlə əsaslandırıldığını soruşub.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini də təqdim edəcəyik.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir