Xırdalanda 31 yaşlı Rasif Abdullayevin öldürülməsi ilə bağlı dəhşətli təfərrüatlar məlum olub.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Rasif ərazidən keçərkən bir neçə şəxsin mübahisə etdiyini görüb. O, avtomobilini saxlayaraq davanı sakitləşdirmək və tərəfləri ayırmaq istəyib.
Bu zaman ona iki bıçaq zərbəsi endirilib. Zərbələrdən birinin ürəyinə, digərinin isə ağciyərinə dəydiyi bildirilir. Ağır yaralanan Rasif hadisə yerində həyatını itirib.
Mərhumun qohumu Vüsal Abdullayev bildirib ki, Rasifin əvvəllər hər hansı pis əməldə adı hallanmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

