2027-ci ildə keçiriləcək imtahanların proqramlarında ciddi yenilik nəzərdə tutulmur.
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin sözlərinə görə, proqramlara yalnız redaktə xarakterli düzəlişlər edilib.
9-cu sinif buraxılış imtahanlarında əvvəlki model saxlanılacaq. 11-ci sinifdə isə dəyişiklik yalnız xarici dil fənni üzrə tətbiq ediləcək. Belə ki, şagirdlərdən kiçikhəcmli mətn yazmaq tələb olunacaq.
Qəbul imtahanlarının modelində isə hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

