İstanbulun Kağıthane rayonunda binanın istinad divarının avtomobil salonuna məxsus açıq dayanacağın üzərinə uçması nəticəsində 12 ədəd sıfır kilometrlik avtomobilə ciddi ziyan dəyib.
Xeberyerinde xəbər verir ki, hadisə nəticəsində avtomobillər müxtəlif dərəcədə zədələnib.
Avtosalonun nümayəndəsi dəymiş maddi ziyanın təxminən 30 milyon türk lirəsi olduğunu bildirib və hadisə ilə bağlı aidiyyəti qurumlardan şikayətçi olduqlarını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.

