Dövlət liseyindən 100%-lik qəbul nəticəsi-FOTO

Dövlət liseyindən 100%-lik qəbul nəticəsi-FOTO

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin builki məzunları qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, 2025-2026-cı tədris ilində liseyi bitirən 93 məzunun hamısı ali məktəbə qəbul olub. Onlardan 24 nəfər 600-dən yüksək bal toplayıb.

Məzunların 31-i xaricdəki nüfuzlu universitetlərdə təhsil almaq hüququ qazanıb. Onların arasında KAİST, Edinburq Universiteti, Honq Konq Universiteti, ODTÜ və London İmperial Kolleci kimi ali təhsil müəssisələri yer alır.

Azərbaycanda təhsilini davam etdirəcək məzunlar arasında da yüksək nəticə göstərənlər çoxdur. Belə ki, 13 məzun ADA Universitetinə, 8 nəfər Bakı Ali Neft Məktəbinə, 6 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 4 nəfər Azərbaycan Tibb Universitetinə, 3 nəfər isə Qarabağ Universitetinə qəbul olub.

Liseyin məzunları arasında təhsildə fərqlənənlər də az deyil. 35 məzun fərqlənmə attestatı, 22 məzun isə qızıl və gümüş nişanla təltif olunan xüsusi nümunəli attestat alıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir