Dövlət qurumunun adından 250 min manatdan çox dələduzluq

Dövlət qurumunun adından 250 min manatdan çox dələduzluq

Xəbər Yerində xəbər verir ki, dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev saxlanılıb.

Araşdırma zamanı onun vətəndaşlara obyekt tikintisinə icazə verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənədlər hazırlayaraq təqdim etdiyi müəyyənləşib.

İlkin Abdullayevin bu yolla ümumilikdə 250 min manatdan çox vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir