Xaçmazda 7 nəfər narkotikə görə saxlanıldı- FOTO

Xaçmazda 7 nəfər narkotikə görə saxlanıldı- FOTO

Xəbər Yerində xəbər verir ki, Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən əməliyyatlar zamanı 7 nəfər saxlanılıb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov tutulublar.

Onların narkotik tərkibli bitkilərin yetişdirilməsi, satışı və saxlanılmasında şübhəli bilindiyi bildirilir.

Saxlanılan şəxslərdən ümumilikdə 40 kiloqram çəkidə 67 ədəd narkotik tərkibli kol, həmçinin 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir