“Dudaktan Kalbe”aktyorları yenidən tərəf müqabili olub

“Dudaktan Kalbe”aktyorları yenidən tərəf müqabili olub

Türkiyənin tanınmış aktyoru Burak Hakkı həmkarı Aslı Tandoğanla 17 ildən sonra yenidən bir layihədə çalışacaqlar. 

Türkiyə mətbuatı xəbər verir ki, onlar Türkiyənin milli mübarizə dövrünün ən önəmli qadın qəhrəmanlarından biri olan Mahi Kara Fatmanın həyatından bəhs edən filmdə baş rolları canlandırırlar.

Filmdə Kara Fatma obrazını Aslı Tandoğan canlandırır. Burak Hakkı isə onun həyat yoldaşı, Binbaşı Ahmet obrazına həyat verir.

Tədqiqatçı-yazar İlknur Bektaşın əsəri əsasında çəkilən bu film, dekabr ayında kinoteatrlarda nümayiş olunacaq. 

Qeyd edək ki, Aslı Tandoğan və Burak Hakkı daha öncə Reşat Nuri Güntekinin eyniadlı romanı əsasında ekranlaşdırılan “Dudaktan Kalbe” (2007–2009) layihəsində baş rolları paylaşıblar. Serialda Aslı Tandoğan Lamia Sönmez obrazını, Burak Hakkı isə tanınmış musiqiçi Hüseyin Kenan Günü canlandırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir