İlham Əliyev “Sabah”ı Çempionlar Liqasına yüksəlməsi münasibətilə təbrik etdi

İlham Əliyev “Sabah”ı Çempionlar Liqasına yüksəlməsi münasibətilə təbrik etdi

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Dövlət başçısı sosial şəbəkə hesablarında paylaşdığı təbrikdə “Sabah”ın qazandığı uğuru yüksək qiymətləndirib.

Prezident qeyd edib ki, yeni yaradılmış komandanın qısa müddətdə belə böyük nəticə əldə etməsi xüsusi sevinc və qürur doğurur.

İlham Əliyev klublarımızın ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak hüququ qazanmasını Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların göstəricisi kimi dəyərləndirib.

Prezident “Sabah”a qarşıdakı oyunlarda yeni qələbələr və uğurlar arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir