Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində dənizin nəzarətsiz ərazisində baş verən faciə ilə bağlı axtarışlar başa çatıb.
Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.
Aparılan xilasetmə əməliyyatı zamanı 2009-cu il təvəllüdlü Aysel Həmidova xilas edilərək ona ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.
2014-cü il təvəllüdlü Əli Həmidovun meyiti isə sahildə aşkar edilib.
Suda itkin düşən 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun meyiti isə bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar nəticəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Beləliklə, Buzovnada baş verən faciə nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə xilas edilib. Faktla bağlı araşdırma aparılır.

