“Nizami Mall”da yeni “McDonald’s” açılacaq

“Nizami Mall”da yeni “McDonald’s” açılacaq

“Nizami Mall” Ticarət Mərkəzində yeni “McDonald’s” restoranının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, “Azera Holdinq”in tərkibində fəaliyyət göstərən ticarət mərkəzində restoranın yaxın vaxtlarda müştərilərin xidmətinə veriləcəyi bildirilib.

Müqavilənin imzalanması ilə bağlı keçirilən görüşdə “Azera Holdinq”in direktoru Akif Əliyev holdinqin kənd təsərrüfatı, səhiyyə, istehsal, qida, xidmət, iaşə və turizm istiqamətlərində həyata keçirdiyi layihələr barədə məlumat verib.

O, “Nizami Mall”da ziyarətçilərin istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi üçün müasir imkanların yaradıldığını qeyd edib. Yeni “McDonald’s” restoranının fəaliyyətə başlamasının ticarət mərkəzində iaşə xidmətlərinin genişlənməsinə imkan verəcəyi vurğulanıb.

“McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy isə şirkətin ölkəmizdəki fəaliyyəti və yeni layihənin perspektivləri barədə danışıb.

Görüşün sonunda tərəflər əməkdaşlıq müqaviləsini rəsmən imzalayıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir