Ehtiram Quliyev istefa verəcək? – “Turan Tovuz” rəhbərindən AÇIQLAMA

Ehtiram Quliyev istefa verəcək? – “Turan Tovuz” rəhbərindən AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə və mediada Ehtiram Quliyevin “Turan Tovuz”un rəhbərliyindən istefa verəcəyi ilə bağlı məlumatlar yayılıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, klub rəhbəri yayılan məlumatlarla bağlı açıqlama verib.

E.Quliyev bildirib ki, hazırda klub daxilində mətbuatda qeyd olunduğu kimi narahatlıq yoxdur.

“Turan” klubunun vahid sistem əsasında idarə olunduğunu deyən rəhbər əsas məqsədlərinin Azərbaycan futbolunun, xüsusilə də “Turan” klubunun inkişafına nail olmaq olduğunu qeyd edib.

“Bunun üçün bütün çalışmalarımız davam edir. Hazırda bütün gücümüzü “Turan Tovuz” – “Fənərbaxça” oyununa yönəltmişik. Təbii ki, bizim də klub olaraq bəzi narahatlığımız var. Bunu lazım gəldikcə ictimaiyyətə də bildirmişik və bildirməyə də davam ediləcək.

Oktyabr ayında klubun idarə heyətinin toplanması nəzərdə tutulub. Orada müzakirə ediləcək məsələlərlə bağlı AFFA-nın da mövqeyi öyrəniləcək. Toplantıda klubun və idarə heyəti sədrinin gələcək taleyinə aydınlıq gələcək. Bundan sonra veriləcək qərar ictimaiyyətə elan ediləcək”, – E.Quliyev vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir