Prezident İlham Əliyev diplomatik korpusla bağlı yeni sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistan Respublikasında, eyni zamanda Banqladeş, Butan, Maldiv, Nepal və Şri-Lankadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Elçin Hüseynli Azərbaycanın İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

