ABŞ-ın Nyu-Meksiko ştatında baş verən hadisə böyük kədər doğurub.
Elektrik dirəyinin zirvəsinə dırmaşan ayı yüksəkgərginlik xəttinin üzərində ilişib qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə heyvanın çətinliklə nəfəs aldığı, arxa pəncələrinin halsız şəkildə sallandığı və son gücü ilə dirəyə tutunmağa çalışdığı görünür.
Hadisə şahidləri dərhal polisə müraciət etsələr də, xilasedicilər hadisə yerinə çatana qədər ayını elektrik cərəyanı vurub. Təəssüf ki, onu xilas etmək mümkün olmayıb və heyvan həyatını itirib.
Bu görüntülər sosial şəbəkələrdə geniş yayılıb və vəhşi heyvanların yaşayış məkanlarının daralması, eləcə də elektrik infrastrukturunun onlar üçün yaratdığı təhlükələr yenidən gündəmə gəlib.

