ARB TV-dən ayrılan aparıcı Elgiz Əkbər yeni proqramını təqdim edib.
“Şadlıq olsun” adlı layihə bu gündən “YouTube” platformasında yayıma başlayıb. Sosial mövzulu proqramda maddi və digər çətinliklərlə üzləşən, ailə qurmaq istəyən insanlara dəstək göstərilməsi nəzərdə tutulur.
Elgiz Əkbər bildirib ki, layihə vasitəsilə sosial problemlərin gündəmə gətirilməsi və ehtiyacı olan insanlara imkan daxilində yardım edilməsi qarşıya məqsəd qoyulub.
Aparıcı proqramda reytinq naminə insanların qıcıqlandırılmasına və qeyri-etik davranışlara yol verilməyəcəyini vurğulayıb.
“İnsanları reytinq xatirinə qıcıqlandırmaq istəmirik. Bəzilərimiz bu məsələlərdən sui-istifadə etdik”, – deyə Elgiz Əkbər bildirib.

