Əli Nağıyev Çinə səfər edib – mühüm saziş İMZALANDI

Əli Nağıyev Çinə səfər edib – mühüm saziş İMZALANDI

Xəbər Yerində xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

DTX Mətbuat xidmətindən bildirilib ki, səfər Çin İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə baş tutub. Nümayəndə heyəti Ciansu əyalətinin Lianyunqan şəhərində keçirilən V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.

Forumda terrorçuluğa qarşı mübarizə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeni texnologiyaların tətbiqi və təhlükəsizlik sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunub. Tədbirin yekununda “Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı” qəbul edilib.

Səfər çərçivəsində Əli Nağıyev Çinin ictimai təhlükəsizlik naziri Van Syaoxunla da görüşüb. Görüşdə qlobal və regional təhlükəsizlik məsələləri, müasir təhdidlər və iki qurum arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Tərəflər terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və telekommunikasiya sistemlərindən istifadə etməklə törədilən dələduzluq hallarına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün sonunda Azərbaycan DTX ilə Çin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir