Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirilib?

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirilib?

Məşhur repçi Elşad Xosenin (Xose) səhhətində ciddi problem yarandığı iddia edilir.

Yayılan məlumata görə, sənətçi bir neçə gün əvvəl Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

İddialarda repçinin vəziyyətinin ağır olduğu bildirilir. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Məsələ ilə bağlı Elşad Xosenin yaxınları və ya aidiyyəti qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

Mənbə: News24.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir