Xəbər Yerində xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində, Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hadisə yerində vəziyyət qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobili yol-nəqliyyat hadisəsinə düşüb və nəticədə avtomobildə yanğın başlayıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində avtomobildəki yanğın qısa müddətdə söndürülüb.
Yanğın zamanı “Mercedes”in mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələri isə yanğından mühafizə olunub.

