Ər əvvəl arvadını, sonra özünü bıçaqladı-YENİLƏNİB

Ər əvvəl arvadını, sonra özünü bıçaqladı-YENİLƏNİB

Ağcabədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib. Belə ki, qadın və həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıblar.

Xeberyerinde-nin Oxu.aza istinadən verdiyi məlumata görə, hadisə dünən günorta saatlarında rayonun Ağabəyli kəndində qeydə alınıb. Yaralı cütlük dərhal xəstəxanaya çatdırılıb, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı – 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya əməliyyat olunublar.

İlkin ehtimala görə, Ə.Ağayev əvvəlcə arvadı M.Ağayevanı bıçaqlayıb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

………..

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasınadan rəsmi açıqlanma:

“Hər iki pasiyentə döş qəfəsinin sol tərəfinin ön səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir