Qarabağ Universitetində İstanbul Texniki Universitetinin (İTU) nəzdində akademik bölmələrin yaradılması nəzərdə tutulur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı imzaladığı qərar “Resmi Gazete”də dərc olunub.
Sənədə əsasən, Qarabağ Universitetində İTU-ya tabe olan akademik bölmələr fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2026/2027-ci tədris ilindən Qarabağ Universitetində İTU ilə əməkdaşlıq çərçivəsində mühəndislik ixtisasları üzrə ikili diplom proqramına başlanılıb.
Mənbə: Unikal.az

