Ərdoğanın qərarı ilə Qarabağ Universitetində yeni akademik bölmələr yaradılacaq

Ərdoğanın qərarı ilə Qarabağ Universitetində yeni akademik bölmələr yaradılacaq

Qarabağ Universitetində İstanbul Texniki Universitetinin (İTU) nəzdində akademik bölmələrin yaradılması nəzərdə tutulur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı imzaladığı qərar “Resmi Gazete”də dərc olunub.

Sənədə əsasən, Qarabağ Universitetində İTU-ya tabe olan akademik bölmələr fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2026/2027-ci tədris ilindən Qarabağ Universitetində İTU ilə əməkdaşlıq çərçivəsində mühəndislik ixtisasları üzrə ikili diplom proqramına başlanılıb.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir