Ermənistan vətəndaşı Rusiyaya sanksiyaları necə pozdu? – ABŞ məhkəməsindən hökm

Ermənistan vətəndaşı Rusiyaya sanksiyaları necə pozdu? – ABŞ məhkəməsindən hökm

“Xəbər Yerində” xəbər verir ki, ABŞ-nin Texas ştatının Ostin şəhərindəki federal məhkəmə Ermənistan vətəndaşı Kamo Kirakosyanı Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozmaqda təqsirli bilib.

Məhkəmənin hökmü ilə Kirakosyan 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Kirakosyan 2022-ci ilin fevralından 2024-cü ilin avqustunadək ABŞ istehsalı olan müxtəlif avadanlıq və komponentləri, o cümlədən yarımkeçirici istehsalında istifadə olunan məhsulları alaraq Rusiyaya göndərib.

İstintaqa əsasən, o, Amerika şirkətlərinə malların Ermənistanda fəaliyyət göstərən alıcılar üçün nəzərdə tutulduğunu bildirib və məhsulların son təyinatını gizlədib. Kirakosyanın Rusiyanın “Vakuum.ru” şirkəti ilə əməkdaşlıq etdiyi müəyyənləşdirilib.

Ermənistan vətəndaşı 2024-cü ildə Almaniyada saxlanılıb, 2025-ci ilin avqustunda isə ABŞ-yə ekstradisiya olunub.

ABŞ hakimiyyətinin məlumatına görə, bu, son dörd il ərzində Ermənistan vətəndaşının Rusiyaya qarşı sanksiyaların pozulmasına görə ABŞ-də məhkum edildiyi ilk belə işdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir