Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev həmin ölkədə 2 ay müddətinə həbs edilib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Nəsimi Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Nəsimi Musayev sentyabrın 26-da itkin düşüb
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar axtarışına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

