Bakının Xətai rayonunda ərzaq satışı köşkündə yanğın baş verib.
Xəbər Yerində-nin FHN-in Mətbuat xidmətindən əldə etdiyi xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ərzaq satışı köşkündə yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 20 kvadratmetr olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb.
Meyit aşkarlanıb
Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar edilib.
Köşk yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

