Bakının Suraxanı rayonunda ölümə səbəb olan bədbəxt hadisə baş verib.
Hadisə gecə saat 01 radələrində Bülbülə qəsəbəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev evində yemək yeyərkən boğazında ət tikəsi qalıb.
Nəfəs almaqda çətinlik çəkən 61 yaşlı kişi boğazını bıçaqla deşərək hava almağa çalışıb. Lakin müdaxilə nəticəsində boğaz nahiyəsində yaranan qanaxma onun ölümünə səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.

Boğulma zamanı ilkin yardım həyati əhəmiyyət daşıyır
Mütəxəssislər belə hallarda Heimlich manevri kimi tanınan ilkin yardım üsullarının düzgün tətbiqinin həyati əhəmiyyət daşıdığını bildirirlər. Bu üsul nəfəs yolunu bağlayan yad cismin çıxarılmasına kömək etmək üçün istifadə olunur.
Boğulma zamanı düzgün müdaxilənin gecikdirilməsi ağır nəticələrə səbəb ola bilər. Bu səbəbdən boğulma zamanı ilkin yardım qaydalarını bilmək hər kəs üçün vacibdir.
Faktla bağlı araşdırma aparılır.

