Xəbər Yerində xəbər verir ki, Xalq artisti Faiq Ağayev şəxsi həyatı ilə bağlı verilən suala görə aparıcı Zümrüd Bədəlovaya irad bildirib.
Axşam.az xəbər verir ki, sənətçi “Gün ortası” verilişinin qonağı olarkən aparıcının onun oğlu ilə bağlı sualına sərt reaksiya verib.
Zümrüd Bədəlova Faiq Ağayevin daha əvvəl 17 yaşında ata olduğunu və 25 yaşında oğlunun olduğunu açıqlamasını xatırladıb. Müğənni isə bu mövzunu bir daha müzakirə etmək istəmədiyini bildirib.
F.Ağayev daha sonra aparıcının efirdə onun şəxsi həyatını gündəmə gətirməsinə etiraz edib və bir il ərzində onunla əlaqə saxlamayacağını deyib.
Qeyd edək ki, bundan əvvəl də Faiq Ağayevlə Zümrüd Bədəlova arasında bu məsələ ilə bağlı qalmaqal yaşanmışdı. Müğənni aparıcının verilişinə bir müddət dəvət edilməməsini istəyib.
Lakin tərəflər arasında yaranan bir illik küsülülük artıq sona çatıb. Onlar ötən gün tədbirlərdən birində qarşılaşıb və barışıblar.
Z.Bədəlova həmin anları sosial şəbəkə hesabında paylaşaraq Faiq Ağayevlə 25 illik tanışlıqlarının olduğunu və sənətçinin onun həyatında böyük rol oynadığını qeyd edib.

