FHN bir həftə ərzində 560 yanğına müdaxilə edib

FHN bir həftə ərzində 560 yanğına müdaxilə edib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 560 yanğına çıxış, 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 5 nəfər xəsarət alıb, 12 nəfərin meyiti təhvil verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir