FHN-dən xəbərdarlıq: Güclü külək və sel təhlükəsi gözlənilir

FHN-dən xəbərdarlıq: Güclü külək və sel təhlükəsi gözlənilir

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 30-dək bəzi ərazilərdə güclü külək əsəcək, ayrı-ayrı rayonlarda intensiv yağış yağacaq. Bununla yanaşı, dağ çaylarında qısamüddətli sel ehtimalı var.

FHN-dən əsas tövsiyələr

Nazirlik güclü külək zamanı müvəqqəti və yüngül konstruksiyalardan, reklam lövhələrindən və binalardan uzaq dayanmağı tövsiyə edir. Elektrik dirəklərinin, naqillərin və hündür ağacların altında daldalanmaq da təhlükəlidir.

Dənizdə kiçikhəcmli qayıqlardan istifadə edən şəxslərə belə hava şəraitində suya çıxmamaq tövsiyə olunub. Çimərliklərdə istirahət edənlərə də güclü külək zamanı dənizə girməmək barədə xəbərdarlıq edilib.

Yağıntılar zamanı sel və daşqın riski olan ərazilərdən uzaq durmaq, təhlükə yaranarsa isə dərhal yüksəkliyə qalxmaq lazımdır.

İldırım zamanı diqqətli olun

FHN ildırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefonla danışılmamasını və açıq ərazidə elektrik xətləri, antenalar, ildırımötürücülər və hündür ağaclardan uzaq durmağı məsləhət görür.

Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri bağlamaq və ildırım təhlükəsi sovuşana qədər gözləmək tövsiyə edilib.

Nazirlik təhlükə ilə üzləşən şəxsləri 112 qaynar xəttinə müraciət etməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir