FHN nümayəndələri Rusiyada beynəlxalq sərgidə iştirak edib-FOTO

FHN nümayəndələri Rusiyada beynəlxalq sərgidə iştirak edib-FOTO

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Rusiyanın Kazan şəhərində keçirilən “Kompleks təhlükəsizlik – 2026” XVI Beynəlxalq Sərgisində iştirak ediblər.

3-5 sentyabr tarixlərində keçirilən tədbirdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Asif Məmmədli və Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini Turan Əliyev təmsil olunublar.

FHN nümayəndələri sərgidə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün hazırlanmış müasir texnika və avadanlıqlarla tanış olublar.

Tədbir çərçivəsində müxtəlif ölkələrin fövqəladə hallar üzrə qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlıq və fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir