FİFA 2026-cı il dünya çempionatından 15 milyard dollar gəlir əldə etdiyini açıqlayıb.
Bildirilib ki, qurumun ilkin gəlir proqnozu 11 milyard dollar olsa da, faktiki gəlir bu rəqəmi 4 milyard dollar üstələyib.
Əlavə gəlirin əsas hissəsinin bilet satışları, turizm xidmətləri və ikinci dərəcəli bilet bazarından əldə olunduğu qeyd edilib. FİFA həmin bazarda həm alıcılardan, həm də satıcılardan 15 faiz komissiya alıb.
Məlumata görə, FİFA prezidenti Canni İnfantino əlavə gəlirin üzv assosiasiyalar arasında bölüşdürülməsinin planlaşdırıldığını bildirib.
Mənbə: Apa

