Aşkı-Memnunun Firdevs Yöreoğlu xarakteri ilə tanınan Nəbahət Çəhre Bodrum tətilindən görüntülər paylaşdı
Türkiyəli məşhur aktrisa Nəbahət Çəhre sosial media paylaşımı ilə diqqət çəkib.
Sənətçi “Instagram” hesabında Bodrumda keçirdiyi istirahətdən bəhs edib. 82 yaşlı aktrisa tətil zamanı uzun gəzintilər etdiyini, dostları ilə xoş vaxt keçirdiyini və bu günlərin ona yaxşı təsir göstərdiyini bildirib.
Nəbahət Çəhre yeni layihələr öncəsi dincəlməyin və enerji toplamağın vacib olduğunu vurğulayıb. O, yaxın zamanda izləyiciləri ilə yeni layihələrlə görüşəcəyini qeyd edib.
Aktrisa paylaşımında Bodrumda özünü ev rahatlığında hiss etdiyini bildirərək, ona bu şəraiti yaradan məkana təşəkkür edib. O, həmçinin istirahəti zamanı @m6nifestgirls qrupunun mahnılarını dinlədiyini də qeyd edib.
Nəbahət Çəhrenin paylaşımı qısa zamanda izləyicilərinin marağına səbəb olub və çoxsaylı bəyənmə toplayıb.

