Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar bu gündən Bakıda 7 məktəbdə tədris distant formada təşkil olunur.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 22-27 sentyabr 2026-cı il tarixlərində məhdudlaşdırılacağı nəzərə alınaraq, 7 ümumi təhsil müəssisəsində tədris məsafədən təşkil ediləcək.
Belə ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 22-26 sentyabr tarixlərində dərslər distant formada keçiriləcək.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar yarışın keçirildiyi ərazilərdə nəqliyyatın hərəkətinə də müəyyən məhdudiyyətlər tətbiq olunur.

