41 yaşlı portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo peşəkar futbolçu kimi son mövsümünü keçirə biləcəyinə işarə edib.
“Xeber Yerinde” “Unikal”a istinadən xəbər verir ki, beşqat “Qızıl top” sahibi bu barədə “Vogue” jurnalına müsahibəsində danışıb.
Ronaldo açıqlamasında futboldakı karyerasının sona yaxınlaşdığını və geridə böyük irs qoymaq istədiyini bildirib.
“Çox güman ki, bu, futbolda son ilimdir. Böyük irs qoymaq istəyirəm”, – deyə ulduz futbolçu qeyd edib.
Beləliklə, Ronaldo karyerasını cari mövsümün sonunda başa vurmaq ehtimalını ilk dəfə bu qədər açıq şəkildə dilə gətirib. Onun gələcəyi ilə bağlı yekun qərarı mövsümün gedişində açıqlaması gözlənilir.

