Xəbər Yerində xəbər verir ki, Gəncədə 16 yaşlı yeniyetmənin bıçaqlanması ilə bağlı şübhəli şəxs saxlanılıb.
Hadisə şəhərin mərkəzində baş verib. 2010-cu il təvəllüdlü R. Bayramov gecə saat 22:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Yeniyetməyə döş qəfəsinin sol tərəfində daxilə keçən kəsilmiş-deşilmiş, həmçinin sol bazu nahiyəsində kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib və müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N. Cəfərov saxlanılıb.
Yeniyetmənin hansı şəraitdə bıçaqlandığı araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.

