Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü R. Məmmədov şəhərin Atatürk prospektində mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü A. Cəfərov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

