Goranboy rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Xəbər yerində”nin məlumatına görə, qəza Səmədabad–Əhmədabad yolunda qeydə alınıb.
Hadisə zamanı Xəsədərli kənd sakini, 1990-cı il təvəllüdlü A. Əsədovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə Səmədabad kənd sakini, 1986-cı il təvəllüdlü E. Əliyevin idarə etdiyi kənd təsərrüfatı texnikası toqquşub.
Toqquşma nəticəsində hər iki sürücü, eləcə də 2010-cu il təvəllüdlü H. Əliyev və 1997-ci il təvəllüdlü M. Gəncinski müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.
Mənbə: Apa

