Goranboyda sursat anbarında partlayış baş verib – əhali təxliyə edilib-Yenilənib-Video

Goranboyda sursat anbarında partlayış baş verib – əhali təxliyə edilib-Yenilənib-Video

Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında gecə saatlarında yanğınla müşayiət olunan partlayış baş verib.

Xəbər Yerində xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb.

Məlumata görə, partlayışdan dərhal sonra aidiyyəti qurumların qüvvələri əraziyə cəlb olunub. FHN və Müdafiə Nazirliyinin əməkdaşları DİN və Goranboy Rayon İcra Hakimiyyəti ilə koordinasiyalı şəkildə təxirəsalınmaz tədbirlər həyata keçiriblər.

Görülən tədbirlər nəticəsində vəziyyət nəzarətə götürülüb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə yerinin yaxınlığında yaşayan insanlar ərazidən təxliyə olunub.

Hazırda yanğının tam söndürülməsi və onun genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir